reklam
2-ci liqada yeni mövsüm start götürür
Sportfm.az xəbər saytı

2-ci liqada yeni mövsüm start götürür


Bu gün Azərbaycan 2-ci liqasında 2024/25 mövsümü start götürəcək.
Sportfm.az xəbər verir ki, ilk gündə 1-ci turun 3 matçı keçiriləcək.

"Göygöl" "Şimal"la, "Haypers Quba" "Saatlı-Araz"la, "Lerik" isə "Füzuli" ilə üz-üzə gələcək.

Turun digər matçları 2 sentyabr tarixlərində oynanılacaq.

Qeyd edək ki, ötən mövsüm Azərbaycan 2-ci liqasının qalibi "Bakı Sportinq" olub. Komanda bu mövsüm 1-ci liqada mübarizə aparacaq.

31 avqust (şənbə)

16:30. “Göygöl” – “Şimal”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Ruslan Quliyev
Göygöl OİK stadionu

17:00. “Hypers Guba” – “Saatlı Araz”
Hakimlər: Rövşən Rəcəbov, Aydın Bəxşiyev, Rasim Axundov, Emin Abdullayev
Quba OİK stadionu

17:00. “Lerik” – “Füzuli”
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Mirnihad Seyidov, Nazim Abdullayev
Lənkəran OİK stadionu

2 sentyabr (bazar ertəsi)

16:30. “Şəki Siti” – “Şəmkir”
Hakimlər: Elvin Bayramov, Asif Abdullayev, Orxan İbişov, Sənan Bayramzadə
Şəki şəhər stadionu

16:45. “Şahdağ Qusar” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Rasim Axundov, Aydın Bəxşiyev, Murad Səlimov
Şamaxı OİK stadionu

17:00. “Şəfa” – “Qusar”
Hakimlər: İslam Məmmədov, Gülnurə Əkbərzadə, Elmin Süleymanov, Rövşən Rəcəbov
“ASK Arena”

17:00. “Ağdaş” – “Kür-Araz”
Hakimlər: Vüqar Həsənli, Sənan Atayev, Rəhman Aslanov, Namiq Bəkirov
Ağdaş şəhər stadionu

Oxşar xəbərlər

2-ci Liqada yeni mövsümünün təqvimi açıqlandı
"Ağdaş" "Dinamo"ya qalib gəldi - I Liqa
Qusar klublarından böyük uğur - II Liqa
İlk oyun günündə 3 görüş keçiriləcək - II Liqa
İkinci liqada 2-ci tura start verilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər