reklam
Gənc ulduz Madridə köçə bilər
Sportfm.az xəbər saytı

Gənc ulduz Madridə köçə bilər


Son mövsümdə göstərdiyi oyunla Avropa qrandlarının diqqətini özünə çəkən Kilian Mbappenin növbəti dayanacağı Madrid "Real"ı ola bilər. Fransalı hücumçunun "Monako"dan yalnız bu kluba görə ayrılacağı barədə məlumat yayılmışdı. 
Sportfm.az xəbər verir ki, "Real"ın prezidenti Florentino Perez iyunun 13-də Mbappe ilə şəxsən görüşüb və onun transfer ilə bağlı söhbət edib. Ona əsas heyətdə oynamaq zəmanəti verilib. Buna görə Madrid klubu onun mövqeyində çıxş edən Qaret Beyli satmaq məsələsini nəzərdən keçirir.

Uelsli futbolçuya görə PSG kifayət qədər sanballı pul təklif etməyə hazırdır. "Monako" bu yay çempion heyətdən Bernardo Silva və Valer Jermeni itirib. Tyemue Bakayoko "Chelsea", Fabinyo isə "Manchester United"ə keçməyə yaxındır.

Oxşar xəbərlər

Mbappe onları qəzəbləndirdi, Haalandı seçdilər
İspaniya super klubu istəyinə çatır - İllik 35 milyon avro maaş
Kilian Mbappe etiraf etdi - "Real Madrid"də oynamaq istəyir
Mbappe üçün rekord qiymət - İspanlar futbolçunu "tələyə salıb"
Futbol tarixinin ən bahalı transferi reallaşdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər