reklam
Çempionlar Liqasının püşkatması yeni formatda keçiriləcək
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının püşkatması yeni formatda keçiriləcək


Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi keçiriləcək.
Sportfm.az xəbər verir ki, Fransanın Monako şəhərində baş tutacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu mövsümdən etibarən yeni formatda təşkil olunacaq turnirdə 36 komanda mübarizə aparacaq. Püşkatma öncəsi komandalar UEFA reytinqindəki əmsallarına uyğun olaraq 4 səbətə bölünüblər.

Liqa mərhələsi sentyabrın 17-19-da oynanılacaq matçlarla başlayacaq və 2025-ci il yanvarın 29-da başa çatacaq. İlk 8 pilləni tutan komandalar birbaşa 1/8 finala vəsiqə qazanacaqlar.

Turnir cədvəlini 9-16-cı pillədə bitirənlər 17-24-cü yerlərdə qərarlaşan komandalarla pley-off görüşlərində üz-üzə gələcəklər. 8 cütün qalibi adını növbəti raunda yazdıracaq. Liqa mərhələsində ilk “24-lüy”ə düşə bilməyən kollektivlər avrokuboklarla vidalaşacaqlar.

1-ci səbət: “Real Madrid”, “Barselona” (hər ikisi İspaniya), “Mançester Siti”, “Liverpul” (hər ikisi İngiltərə), “Bavariya”, “Borussiya” (Dortmund), “Leyptsiq” (hamısı Almaniya), PSJ (Fransa), “İnter” (İtaliya)

2-ci səbət: “Bayer” (Almaniya), “Atletiko Madrid” (İspaniya), Atalanta, “Yuventus”, “Milan” (hamısı İtaliya), “Benfika” (Portuqaliya), “Arsenal” (İngiltərə), “Brügge” (Belçika), “Şaxtyor” (Ukrayna)

3-cü səbət: “Feyenoord”, PSV (hər ikisi Niderland), “Sportinq” (Portuqaliya), “Dinamo” (Xorvatiya), “Zaltsburq” (Avstriya), “Lill” (Fransa), “Srvena Zvezda” (Serbiya), “Yanq Boyz” (İsveçrə), “Seltik” (Şotlandiya)

4-cü səbət: “Slovan” (Slovakiya), “Monako”, “Brest” (hər ikisi Fransa), “Sparta” (Çexiya), “Aston Villa” (İngiltərə), “Bolonya” (İtaliya), “Jirona” (İspaniya), “Ştutqart” (Almaniya), “Şturm” (Avstriya).

Oxşar xəbərlər

Çempionlar Liqasında qrup mərhələsinin püşkü atıldı - “Qalatasaray” “Bavariya”ya qarşı
Qrup mərhələsinin püşkü atılacaq - Çempionlar Liqası
Qrup mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası
Bu gün qrup mərhələsinin püşkü atılacaq - ÇL
Qrup mərhələsinin püşkü atılacaq - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər