reklam
Qrup mərhələsinin püşkü atılacaq -
Sportfm.az xəbər saytı

Qrup mərhələsinin püşkü atılacaq -Çempionlar Liqası


Bu gün UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün qrup mərhələsinin püşkü atılacaq.

Sportfm.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Komandalar püşkdən əvvəl səbətlərə bölünüb.

I səbət: "Çelsi", "Mançester Siti" (hər ikisi İngiltərə), "Atletiko" (Madrid), "Vilyarreal" (hər ikisi İspaniya), "Bavariya" (Almaniya), "İnter" (İtaliya), "Lill" (Fransa), "Sportinq" (Portuqaliya)

II səbət: "Real Madrid", "Barselona", "Sevilya" (hamısı İspaniya), "Yuventus" (İtaliya), "Mançester Yunayted", "Liverpul" (hər ikisi İngiltərə), PSJ (Fransa), "Borussiya" (Dortmund, Almaniya)

III səbət: "Portu", "Benfika" (hər ikisi Portuqaliya), "Ayaks" (Niderland), "Şaxtyor" (Donetsk, Ukrayna), Leyptsiq (Almaniya), "Zalsburq" (Avstriya), "Atalanta" (İtaliya), "Zenit" (Rusiya)

IV səbət: "Beşiktaş" (Türkiyə), "Dinamo" (Kiyev, Ukrayna), "Brügge" (Belçika), "Yanq Boyz" (İsveçrə), "Milan" (İtaliya), "Malmö" (İsveç), "Volfsburq" (Almaniya), "Şerif" (Moldova)

Qeyd edək ki, Çempionlar Liqasında ilk turun oyunları 14-15 sentyabrda gerçəkləşəcək.

Oxşar xəbərlər

Qrup mərhələsinin püşkü atılacaq - Çempionlar Liqası
Qrup mərhələsinin təqvimi bilindi - Çempionlar Liqası
Bu gün qrup mərhələsinin püşkü atılacaq - ÇL
Qrup mərhələsinin püşkü atıldı - Çempionlar Liqası
Qrup mərhələsinin püşkü atılır - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər