reklam
Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verdi
Sportfm.az xəbər saytı

Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza baş verdi


Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.

Sportfm.az xəbər verir ki, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.

Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.

Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.

Oxşar xəbərlər

Sıralanma turunda qəza baş verdi - Formula 2
“Formula-2”nin sprint yarışında qəza baş verdi
Bakıda Formula 1 yarışında qeyri-adi qəza - FOTO
Formula 2-nin Bakı qalibi: "Bu tras o qədər də təhlükəli deyil"
“Formula-1”: İlk test yürüşündə qəza baş verdi - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər