reklam
Azərbaycan klubunun büdcəsi rumınları qorxuya saldı
Sportfm.az xəbər saytı

Azərbaycan klubunun büdcəsi rumınları qorxuya saldı


Komandamız üçün yeni mövsüm çətin olacaq. Deyərdim ki, bəxtimiz də gətirmədi.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Rumıniyanın "Ştiinta" klubunun baş məşqçisi Florin Qrapa deyib.

Təcrübəli mütəxəssis "Çelenc Cup"ın 2017/2018 mövsümü ilə bağlı fikrini açıqlayıb. 1/16 finalda Bakının "Azərreyl" klubu ilə qarşılaşacaq komandanın baş məşqçisi püşkdən razı qalmayıb.
 
Yeni mövsümdə iddialı olacaqlarını deyən Qrapa bildirib ki, "dəmiryolçular"ın büdcəsi onlarla müqayisədə yüksəkdi: "Azərreyl" maliyyəsi yüksək olan effektiv rəqibdi. Buna baxmayaraq, biz də özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Çalışacağıq ki, istəyimizi ortaya qoyaq".
 
Qeyd edək ki, komandamız Rumıniya çempionatının 4-cüsü ilə ilk oyununu dekabrın 12-14-də səfərdə keçirəcək. Cavab matçı isə gələn il yanvarın 9-11-i aralığında Bakıda olacaq.
 
Super Liqanın gümüş medalçısı olan "dəmiryolçular" mərhələ adlayarsa, "Pfeffingen" (İsveçrə) - "Mladost" (Xorvatiya) cütünün qalibini sınağa çəkəcək. 

Oxşar xəbərlər

"Azərreyl" mübarizəni dayandırdı - Çelenc kuboku
“Azərreyl” növbəti mərhələ sorağında - Cavab matçı
“Azərreyl” 1/16 finalın ilk matçını Bakıda keçirəcək - Çağırış Kuboku
"Azərreyl" qələbə ilə başladı - Çelenc kuboku
Bülənt Karslıoğlu “Azərreyl”dən kənarlaşdırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər