reklam
Millimiz Avropa çempionatının yarımfinalında
Sportfm.az xəbər saytı

Millimiz Avropa çempionatının yarımfinalında


Kosovonun paytaxtı Priştina şəhərində 18 yaşa qədər qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C divizionunda millimizin ikinci qrup oyunu baş tutub.

Sportfm.az xəbər verir ki, B qrupunda qərarlaşmış millimizin qrupda ikinci rəqibi Gürcüstan seçməsi olub. Oyuna sürətli başlayan qızlarımız rəqib üzərində 74-68 hesablı qələbə qazanıblar.

Qarşılaşmanın ən məhsuldar basketbolçusu millimizin üzvü Şilan Akbingöl (19 xal, 11 ribaund) seçilib.

Bu qələbə ilə qızlarımız Avropa çempionatının yarımfinalına vəsiqə qazanıblar. Millimizin qrupdakı son oyunu 25 iyul Bakı vaxtı ilə saat 16:30-da Ermənistan yığmasına qarşı olacaq.

Oxşar xəbərlər

Milli komandamız finala yüksəldi - Avropa çempionatı
Millimiz qələbə ilə başladı - Avropa çempionatı
Millimiz mübarizəyə başlayır - Avropa çempionatı
Millimiz Avropa çempionatının finalında
Qızlardan ibarət millimiz Avropa çempionatının yarımfinalında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər