reklam
Sportfm.az xəbər saytı

"Şamaxı" "Kəpəz"i uddu -Yoxlama matçı


Azərbaycan Premyer Liqası komandalarından "Kəpəz" və "Şamaxı" bu gün yoxlama oyunu keçirib.
Sportfm.az xəbər verir ki, sözügedən komandalar bu gün Qəbələ şəhər stadionunda bir-biri ilə üz-üzə gəlib. Matç "Şamaxı"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın heyətində Səbayıl Bağırov və Arsen Ağcabəyov fərqlənib.

Qeyd edək ki, "Kəpəz" bunadək 1 yoxlama oyunu keçirmişdi. Adil Şükürovun kollektivi "Turan Tovuz"a 0:4 hesabı ilə uduzub.

"Şamaxı" isə bunadək yoxlama oyunu keçirməmişdi. Komanda yay toplanışında daha 3 matça çıxmağı planlaşdırır. Lakin rəqiblərin kimliyi hələlik məlum deyil.

Oxşar xəbərlər

"Kəpəz" sonuncu oyunda böyük hesabla qalib gəldi
"Kəpəz" "Əl-Yarmuk"a qarşı - Yoxlama oyunu
"Kəpəz" Küveyt klubuna qarşı - Yoxlama görüşü
“Şamaxı”dan darmadağın - Yoxlama oyunu
“Şamaxı” daha bir yoxlama oyunu keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər