reklam
İkinci finalçı hansı komanda olacaq?
Sportfm.az xəbər saytı

İkinci finalçı hansı komanda olacaq?


Bu gün Almaniyada təşkil olunan Avropa çempionatında ikinci finalçının adına aydınlıq gələcək.

Sportfm.az xəbər verir ki, yarımfinal mərhələsinin son matçında Niderland və İngiltərə milliləri üz-üzə gələcək.

İngiltərə millisi 1/4 finalda penaltilər seriyasında İsveçrəni üstələyib. Niderland isə Türkiyə yığmasını mübarizədən kənarlaşdırıb.

Oyun saat 23:00-da Dortmund şəhərindəki “Siqnal İduna Park” stadionunda start götürəcək.

Yarımfinalın ilk görüşündə Fransa millisini 2:1 hesabı ilə məğlub edən İspaniya finala yüksəlib.

AÇ-2024, yarımfinal

10 iyul

23:00. Niderland – İngiltərə
Baş hakim: Feliks Şvayer (Almaniya)
Dortmund, “Siqnal İduna Park”

Oxşar xəbərlər

İngilislər bu şansı əldən vermədi
Bu gün ikinci finalçı məlum olacaq - AVRO-2024
Almanlar adını 1/8 finala yazdırdı - AVRO-2024
AVRO 2024-də 1/8 final həyəcanı başlayır
Dünyanın ən yaxşı 100 arenası - BOS da onların arasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər