Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Millimiz Qazaxıstana qalib gəldi -Yoldaşlıq oyunu
Bu gün futbol üzrə Azərbaycan millisi Macarıstanda sonuncu yoldaşlıq oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Arif Əsədovun rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşıb. Sombatxey şəhərindəki “Haladas SportKomplexum”dakı görüş Azərbaycan millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz əvvəlcə oyunda 0:2 hesab ilə geri düşsə də, daha sonra geri dönüş edərək 3 qol vurub.
Oyun millimizin kapitanı Emin Mahmudov üçün əlamətdar olub. 50-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən futbolçu millidəki qollarının sayını 14-ə çatdırıb və Qurban Qurbanovun 20 illik rekordunu təkrarlayıb.
Qeyd edək ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Albaniyaya 1:3 hesabı ilə uduzub.
11 iyun
Yoldaşlıq oyunu
18:00. Azərbaycan - Qazaxıstan - 3:2
Qollar: Yan Voroqovskiy, 2 (0:1), Maksim Somorodov 29 (0:2), Mahir Emreli, 42 (1:2), Emin Mahmudov, 50-pen. (2:2), Toral Bayramov, 73 (3:2)
“Haladas SportKomplexum”, Sombatxey

Oxşar xəbərlər
Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarladı
Azərbaycan millisi Albaniyaya uduzdu
Millimiz Albaniyaya qarşı - Yoldaşlıq oyunu
Millimizin oyunlarına hakim təyinatları - Yoldaşlıq matçı
Millimizin daha bir rəqibi bilindi - Yoldaşlıq oyunu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin