reklam
Sportfm.az xəbər saytı

"Şamaxı" 6 ay heç yerdə oynamamış futbolçu transfer edir –FOTO


"Şamaxı"nın transfer etmək istədiyi ilk legionerin adına aydınlıq gəlib.

Sportfm.az xəbər verir ki, bu, braziliyalı mərkəz müdafiəçisi Alan Diasdır.

Lakin məsələ budur ki, 1.91 metr boya malik 25 yaşlı futbolçu son 6 ayda rəsmi oyuna çıxmayıb. Buna səbəb Diasın 6 aydır ki, klubsuz olmasıdır.

Qeyd edək ki, Alan Dias 2022-ci ildən legioner karyerası yaşamağa başlayıb. O, həmin ilin iyulun 1-dən Bolqarıstanda Sofiya "Lokomotiv"i ilə müqavilə bağlayıb. Lakin ötən ilin dekabrında paytaxt klubu səbəb göstərmədən onunla qarşılıqlı razılıq əsasında yolları ayırıb. Halbuki sambaçının müqaviləsi ötən mövsümün sonunda başa çatırdı.

Oxşar xəbərlər

Namibiya millisinin üzvü “Şamaxı”da - TRANSFER
"Zirə" "Şamaxı"nın futbolçusunu transfer etdi
"Araz Naxçıvan"dan 5-ci legioner - TRANSFER
Legioner futbolçu "Qarabağ"dan ayrıldı
Emin Mahmudov klubsuz qaldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər