reklam
Tsxadadze Birinci Liqada qaldı -
Sportfm.az xəbər saytı

Tsxadadze Birinci Liqada qaldı -RƏSMİ


"Qəbələ” baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilib.

55 yaşlı gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

Sxadadze və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də çalışacaqlar.

Sxadadze 2024-cü ilin fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

Oxşar xəbərlər

"Qəbələ"də yeni məşqçi - Təyinat
Sxadadze ilə "Qəbələ"nin ilk məşqi - FOTO
Kaxaber Sxadadze yenidən Azərbaycanda - TƏYİNAT
"Neftçi" "Dinamo" ilə eyni futbol markasıdır" - Kaxaber Sxadadze
Kaxaber Sxadadze Gürcüstana qayıtdı - "Dinamo"da davam edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər