Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahmat tariximizdə yeni rekord
Azərbaycanın şahmat tarixində 5 yaşlı uşaq yeni rekord təyin edib.
Sportfm.az saytı xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, İdarənin tabeliyində fəaliyyət göstərən 236 nömrəli məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə cəlb olunan Paşam Əlizadə birinci dərəcə normasını yığıb.
Paşam Əlizadə 17 yaşadək olan oğlanlar və qızlar arasında şahmat idman növü üzrə birinci dərəcə norması uğrunda təşkil edilən yarışda keçirdiyi 9 oyunda 7 xal toplayıb.
"Ağ Top" Şahmat Klubunun yetirməsi olan Paşam Əlizadə diplom və mükafatla təltif edilib.
Bundan əvvəl Azərbaycanda şahmat idman növü üzrə birinci dərəcə norması 6 yaşlı uşaq tərəfindən yerinə yetirilmişdi(milli.az).
Oxşar xəbərlər
Şəhid İlkin Məmmədzadənin xatirəsinə turnirin qalibləri müəyyənləşdi - SİYAHI
Açıq havada şahmat turniri - Qaliblər müəyyənləşdi
Birinci dərəcə uğrunda şahmat yarışlarına start verildi - FOTO
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Abbasova Bakıda ən güclüdür!
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası