
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Maşallah Əhmədova “dələduz” dedilər
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən "Neftçi”nin keçmiş futbolçusu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Hakim Faiq Qasımovun sədrlik etdiyi prosesdə "Sahil MTK"nın sahibi Kamil Alıyev ifadə verərək deyib ki, Əhmədovdan daş alıblar və buna görə ona 27 min manat pul ödənilib.
"Sahil MTK"nın iş icraçısı Musa Qaybullayev bildirib ki, daşın alınması və görülən işlə bağlı Maşallah Əhmədovla "Sahil İnşaat Group" MMC arasında müqavilə imzalanıb.
Ədliyyə Nazirliyinin Əmtəəşünaslıq üzrə eksperti Kamran Dünyamalıyev ifadə verərək deyib ki, onlara qiymətin müəyyən olunması üçün qara daş təqdim edilib:
"Qiymət orta bazar qiymətinə uyğun müəyyən edilib".
Zərərçəkmiş Əzizovun nümayəndəsi Neman Kərimov Maşallah Əhmədova sual verərkən futbolçu onu hədələyib. Kərimov isə onu "dələduz" adlandırıb.
Maşallah Əhmədovun vəkili Əli Hüseynov bildirib ki, müvəkkilinin barəsindəki hökm qüvvəyə minməmiş nümayəndə onu dələduz aldırdığı üçün üzr istəməlidi. Kərimov üzr istəməyəcəyini bildirib. Hakim Faiq Qasımov Kərimova və Əhmədova xəbərdarlıq edib.
Sonra hakimlər öz təşəbbüsləri ilə daşların qiymətlərinin müəyyən edilməsi ilə bağlı əmtəəşünaslıq ekspertizasının təyin edilməsi ilə qərar çıxarıblar.
Buna görə də proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan "Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb(apa).
Oxşar xəbərlər
Maşallah Əhmədov məhkəməyə müraciət edəcək
Əhmədov 700 gün sonra azad ediləcək
Tərlan Əhmədov məhkəməyə dəvət olundu
Maşallah Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edildi
Maşallah Əhmədova hökm oxunacaq vaxt məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin