reklam
Sportfm.az xəbər saytı

"Barselona"da bombardir olan azərbaycanlı futbolçu "Bantotdel"ə çağırıldı


Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 18-ci tura yekun vurulub. Tur çərçivəsində "İrəvan" "Zaqatala"ya böyük hesabla qalib gəlib - 3-0.

Bu qələbəyə baxmayaraq, klubda işlər heç də yaxşı deyil. Belə ki, hazırda komandanın hələ də sənədlərdə prezidenti olan Zahid Niyazəliyev "bandotdel" tərəfindən saxlanılıb. Onun oyun alqı-satqısında iştirakı araşdırılır.

Əldə etdiyimiz məlumata görə, Niyazəliyev hazırda Kürdəxanı təcridxanasında dindirilir.

Üstəlik klubun aparıcı futbolçularında biri olan Fəhmin Muradbəyli də dindirilmə prosesinə cəlb edilib. Onun da qanunsuz əməllərdə iştirakı güman edilir.

Saytımıza daxil olan informasiyaya görə, ümumilikdə "İrəvan"ın 7 futbolçusunun oyun alqı-satqısında iştirakı güman edilir və onlar hüquq-mühafizə orqanlarına ifadə verib.

Qeyd edək ki, 2011-ci ildə 15 yaşı olarkən İspaniyanın "Barcelona" klubunun nəzdində keçirilən intensiv Yay Futbol Məktəbinin hazırlıq prosesində iştirak edən "Neftçi"nin futbolçusu Fəhmin Muradbəyli dünyanın müxtəlif ölkələrindən olan 75 futbolçunun çıxış etdiyi turnirə yeganə azərbaycanlı kimi qatılaraq 15 qolla ən yaxşı bombardir olmuşdu.

Oxşar xəbərlər

"İrəvan"ı batıran "moşenniklər" - SON
Azərbaycanda futbol klubunun prezidenti saxlanıldı - SON DƏQİQƏ
Fəhmin Muradbəyli ömürlük futboldan uzaqlaşdırıldı - Qərar
“İrəvan”ın prezidenti cəzalandırıldı - QƏRAR
"İrəvan" FK-nın yeni baş məşqçisi məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər