
"İrəvan" FK-nın yeni baş məşqçisi məlum oldu
Yeni mövsümdən I Divizionda çıxış edəcək “İrəvan”ın baş məşqçisinin adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, klubun bugün bununla bağlı baş tutan toplantısında “İrəvan”ı Elbrus Məmmədovun çalışdıracağı açıqlanıb. Tədbirdə klub prezidenti Zahid Niyazəliyev Qərbi Azərbaycanın tarixi paytaxtını təmsil edən klubun yeni baş məşqçisi ilə yanaşı, İdarə Heyətinin üzvlərini də ictimaiyyətə təqdim edib. Gələcək üçün iddialı komanda quracaqlarını bəyan edən Niyazəliyev ev oyunlarını ASK Arenada keçirəcəklərini bildirib. Ümumiyyətlə, bu kompleksin klubun ixtiyarına veriləcəyi və tezliklə “İrəvan Arena” adlanacağı ehtimal edilir.
Komandanın yeni baş məşqçisi 51 yaşlı mütəxəssis olan Elbrus Məmmədovun köməkçilərindən biri futbolsevərlərin yaddaşında gözəl oyunu ilə qalan Aqil Məmmədovdur.
Qeyd edək ki, UEFA-nın “PRO” kateqoriyasına sahib olan Elbrus Məmmədov 2015/2016 mövsümündə “Xəzər Lənkəran”ın baş məşqçisi olub.

№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |