Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Qarabağ” "Bayer"lə bərabərə qaldı -Avropa Liqası
Bu gün UEFA Avropa Liqasında 1/8 finalın ilk oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, bu mərhələyə qədər irəliləyən Azərbaycan təmsilçisi "Qarabağ" da 1/8 finalın ilk matçına çıxıb.
Ağdam klubu Bakıda güclü "Bayer"i qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. "Qarabağ" inamlı oyun nümayiş etdirib və bu mövsümün məğlubedilməz komandası olan "Bayer"ə ilk hissədə 2 qol vurub. Ancaq Almaniya təmsilçisi ikinci hissədə hesabı bərabərləşdirə bilib.
Xatırladaq ki, "Bayer"lə "Qarabağ" Avropa Liqasının qrup mərhələsində də rəqib olublar. Komandaların Leverkuzendəki oyununda "Bayer" 5:1, Bakıdakı matçda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrupdan lider, "Qarabağ" isə 2-ci yerin sahibi kimi çıxıb.
Əlavə edək ki, komandalar arasında cavab matçı martın 14-də Almaniyada keçiriləcək.
7 mart
UEFA Avropa Liqası
1/8 finalın ilk oyunu
21:45. "Qarabağ" (Azərbaycan) - "Bayer" (Almaniya) - 2:2
Qol: Yassin Benzia, 26 (1:0), Juninyo, 45+2 (2:0), Florian Virtz, 70 (2:1), Patrik Şik, 90+2 (2:2)
Hakimlər: Benoit Bastian, Hiçam Zakrani, Aurelien Bertomieu (Fransa)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Oxşar xəbərlər
Anadır arzulara hər zaman "Qarabağ"...
"Bayer" - "Qarabağ" - Avropa Liqası
“Qarabağ” – “Bayer” matçını fransalı idarə edəcək
"Bayer" "Qarabağ"a qalib gəldi - Avropa Liqası
"Qarabağ" "Bayer"ə qarşı - Avropa Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin