reklam
125 il yaşıl meydanlarda - bir
Sportfm.az xəbər saytı

125 il yaşıl meydanlarda - bir "qocanın" tarixçəsi


Bu gün dünya futbol tarixinin ən adlı-sanlı klublarından olan "Liverpul"un yaranmasından 125 il ötür.
Sportfm.az saytı xəbər verir ki, məhz 1892-ci il 3 may tarixində, İngiltərə Ticarət Palatasından klubun adının Liverpool Football Club and Athletic Grounds Company, Limited olması ilə bağlı sertifikat alınıb. Liverpul şəhərinin digər komandası "Everton"la "yolları ayrılan" "qırmızılar", buna görə klubun ilk prezidenti Con Houldinqə borcludur. İlk illər komandanın üzvləri göy-ağ formalarda meydana çıxsa da, daha sonra qırmızı rəngli formalara üstünlük verilib. İlk dəfə olaraq, dünyada 600 milyondan çox azarkeşi olan "Liverpul"un oyunları, televiziyada rəngli formatda yayımlanıb. 3 sentyabr 1892-ci ildə, ilk rəsmi matçında meydana çıxan "Liverpul", "Hayer Uolton"a 8:0 hesabı ilə qaıib gəlib.
Qeyd edək ki, növbəti mövsümdən etibarən komandanın futbolçuları meydana üzərində yubiley rəqəminin həkk olunduğu formalarla çıxacaq.
  
 
 

Oxşar xəbərlər

"Liverpul"da mövsümün ən yaxşısı
"Liverpul"dan 10 000-ci qol
Azarkeşlər "Liverpul"un çempionluğunu stadionda qeyd etdi - FOTO
Cerrard baş məşqçi təyin edildi
"Bu klubu pula görə heç bir futbolçu tərk etməməlidir"...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər