reklam
Futbol ictimaiyyəti
Sportfm.az xəbər saytı

Futbol ictimaiyyəti "Qarabağ" üçün toplanır


"Qarabağ"ın Avropa Liqasında "Braqa" (Portuqaliya) ilə səfər matçı Bakıdakı ticarət mərkəzlərindən birinin kino zalında nümayiş etdiriləcək.
Sportfm.az xəbər verir ki, “Misli” və Peşəkar Futbol Liqasının birgə təşkilatçılığı ilə Ağdam təmsilçisinin “Braqa” ilə keçirəcəyi səfər matçı böyük ekranda yayımlanacaq.

Bakı vaxtı ilə fevralın 15-i saat 00:00-da start götürəcək oyun qonaqlara 28 MALL ticarət mərkəzində yerləşən kino zallarından birində təqdim olunacaq.

Dəvətlilər arasında AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer Liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri, idman mediasının əməkdaşları və bir çox xüsusi qonaqlar yer alacaq.

Oxşar xəbərlər

"Braqa" qələbə qazandı - Portuqaliya çempionatı
"Qarabağ" "Braqa"ya qarşı - Avropa Liqası
“Qarabağ” Portuqaliyaya yollandı - “Braqa” ilə oyun üçün
"Qarabağ"a səfər matçı üçün 1500 yer ayrıldı
“Braqa” – “Qarabağ” matçının biletləri satışda - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər