reklam
Musanın komandası hücumçusunu göndərdi
Sportfm.az xəbər saytı

Musanın komandası hücumçusunu göndərdi


Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının formasını geyindiyi İsveçin “Yurqorden” klubu hücumçusu Noel Milleskoqu satıb.

Sportfm.az xəbər verir ki, 21 yaşlı forvard karyerasını ölkəsinin digər komandası “Sirius”da keçirəcək.

Stokholm təmsilçisi onu icarəyə vermək istəsə də, futbolçu özü birdəfəlik transfer tələbi ilə çıxış edib. Bu üzdən Milleskoq “Sirius”a satılıb. Bununla bağlı paylaşım edən oyunçu komandası ilə vidalaşıb.

Hazırda “Yurqorden”də 2 mərkəz hücumçusu qalıb. Bunlar Musa Qurbanlı və türkiyəli yeni transfer Dəniz Hümmətdir. Klub Milleskoqa qədər daha 7 futbolçusu ilə yollarını ayırmışdı.

Qeyd edək ki, İsveç yüksək liqasında yeni mövsüm martın 30-da başlayacaq. “Yurqorden” ilk oyununu aprelin 1-də “Göteborq”a qarşı keçirəcək.

Oxşar xəbərlər

Musa Qurbanlı komandası 1/4 finalına yüksəldi
Musa Qurbanlı fərqlənə bilmədi, komandası uduzdu
Musa Qurbanlının komandası məölub oldu - Yoxlama matçı
Musanın komandası derbidə uduzdu
Musanın komandasından qələbə - İsveç çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər