reklam
Naydiç FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərildi -
Sportfm.az xəbər saytı

Naydiç FIDE reytinqində Azərbaycan şahmatçısı kimi göstərildi -Səbəb açıqlandı


Arkadi Naydiçin Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən açıqlanan dünya reytinqində hələ də Azərbaycan təmsilçisi kimi göstərilməsinin səbəbi müəyyənləşib.
Sportfm.az AŞF-ya istinadən xəbər verir ki, 38 yaşlı qrossmeysterin onlarla heç bir bağlılığı qalmayıb.

AŞF bununla bağlı hətta FIDE-yə rəsmi məktub da göndərib: “Naydiçlə çoxdan yolları ayırmışıq. Bu barədə həm FIDE-yə, həm də idmançının əvvəllər təmsil etdiyi Almaniya Şahmat İttifaqına məktub göndərilib. Naydiçlə bağlılığımız yoxdur. O, hazırda heç Almaniya Şahmat İttifaqında da təmsil olunmur. Bu üzdən FIDE reytinqdə son ölkəsi kimi Azərbaycanı göstərir”.

Qeyd edək ki, Arkadi Naydiç 2015-2020-ci illərdə Azərbaycanı təmsil edib.

Oxşar xəbərlər

Mahir Məmmədov FİDE-nin vitse-prezidenti seçildi
FIDE Şəhriyar Məmmədyarovu təbrik etdi
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Azərbaycanlı şahmatçılar FİDE-yə məktub ünvanladı
FİDE-də yeni prezident - vitse-prezident azərbaycanlı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər