reklam
Çempionatda ilin son oyunları keçirildi
Sportfm.az xəbər saytı

Çempionatda ilin son oyunları keçirildi


Bu gün qadın voleybolçular arasında Azərbaycan çempionatında 2023-cü ilin son oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində ilk olaraq “Azərreyl” və “Gəncə” klubları üz-üzə gəliblər.

Cengiz Akarçeşmenin yetirmələrinin üstünlüyü ilə keçən görüşdə “Azərreyl” 3:0 hesabı ilə qələbə qazanıb.

Daha sonra meydana “Milli Aviasiya Akademiyası” və “Murov Az Terminal” komandaları çıxıblar. Bu matç da 3 set davam edib. İlin son oyununda ilk hissədən təşəbbüsə yiyələnən “Murov Az Terminal” üstünlüyünü sonadək qoruyub və 3:0 hesabı ilə qalib gəlib. Bu qarşılaşmalarla həm də 7-ci tura yekun vurulub.

7 turdan sonra “Azərreyl” 18 xalla turnir cədvəlinə liderlik edir. Eyni xali olan “Abşeron” isə ikinci yerdədir. “Murov Az Terminal” 15 xalla 3-cü, “Gəncə” 9 xalla 4-cü, “Milli Aviasiya Akademiyası” 3 xalla 5-ci, xalı olmayan UNEC isə sonuncu pillədədir.

“Azərreyl” – “Gəncə” 3:0 (25:21, 25:18, 25:16)

“Milli Aviasiya Akademiyası” – “Murov Az Terminal” 0:3 (13:25, 24:26, 16:25)

Oxşar xəbərlər

“Gəncə” və “Azərreyl”dən qələbə
UNEC öz zalında məğlub oldu
Favoritlər qalib gəldi - Azərbaycan çempionatı
Vüqar Əliyevin yetirmələri qələbə qazandı
“Azərreyl” rəhm etmədi - növbəti qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər