Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Samet də Yunanıstana daşınır
Fatih Terimin baş məşqçisi olduğu "Panatinaikos" müdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Sportfm.az xəbər verir ki, Yunanıstan klubu "Fənərbaxça"da çıxış edən Samet Akaydını rənglərinə qatacaq. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Yunanlar türk futbolçu ilə şəxsi şərtləri razılaşdırıb. "Panatinaikos" rəsmiləri transferi yekunlaşdırmaq üçün İstanbula gedib. "Fənərbaxça" təklifi qəbul etsə, keçid reallaşacaq.
Samet Akaydın Avro-2024 öncəsi daha çox forma şansı qazana biləcəyi komandaya keçmək istəyir. Təcrübəli oyunçu buna görə də təklifə isti yanaşır.
Qeyd edək ki, "Fənərbaxça" Samet Akaydını 2023-cü ilin yanvar ayında "Adana Demirspor"dan transfer edib. Futbolçu cari mövsümdə komandanın heyətində 11 rəsmi matçda meydana çıxıb.

Oxşar xəbərlər
Türk futbolçu üçün görünməz məbləğ
Bonuççi "Fənərbaxça"da - RƏSMİ
Türk futbolçu rəmzi komandada - FOTO
"Fənərbaxça"da yeni oyunçu - TRANSFER
"Fənərbaxça" Samet üçün 3.7 milyon avro ödəyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası