reklam
“Turan Tovuz”un futbolçularına təlim keçirildi -
Sportfm.az xəbər saytı

“Turan Tovuz”un futbolçularına təlim keçirildi -İrqçiliyə qarşı mübarizə üzrə


“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə və məşqçi heyətinə irqçiliyə qarşı mübarizə üzrə təlim keçirilib.
Sportfm.az xəbər verir ki, tədbirdə akademiyanın koordinatoru Rasim Əliyev, mətbuat katibi, eyni zamanda lisenziyalaşdırma meneceri Süleyman Tağıyev, futbolda sosial məsul üzrə əməkdaşı Elmir Musayev iştirak edib.

Görüş zamanı mövzu ilə bağlı xüsusi təqdimatlar edilib, maarifləndirici çıxışlar aparılıb, əyani videoçarxlar nümayiş olunub.

“Turan Tovuz” futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan bu cür halları pisləyib, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edib.

Oxşar xəbərlər

“Turan Tovuz”da seminar keçirildi
"Sabah" "Turan Tovuz"a qarşı - Yoxlama görüşü
"Turan Tovuz"un məşqçiləri Türkiyə klubunun akademiyasında - FOTO
Nəsirov “Turan Tovuz”un heyətində
"Turan Tovuz"un futbolçuları kənd məktəbində - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər