reklam
Gürcüstan yığmasının üzvü Azərbaycanı tərk edə bilər
Sportfm.az xəbər saytı

Gürcüstan yığmasının üzvü Azərbaycanı tərk edə bilər


"Qəbələ"nin futbolçusu Nika Kvekveskiri karyerasını Qazaxıstanda davam etdirə bilər.

Sportfm.az xəbər verir ki, gürcüstanlı futbolçu Qazaxıstanın "Tobol" klubu ilə razılığa gəlib. Gürcüstan yığmasının üzvünü "Tobol"a komandanın baş məşqçisi Omari Tetradze dəvət edib.

Kvekveskiri "Qəbələ"dən də yeni müqavilə təklifi alıb. Lakin Nikanın üstünlüyü Qazaxıstan klubuna verəcəyi gözlənilir. Azad agent statusu daşıyan Kvekeskiri "Qəbələ"yə ötən mövsüm Bakı "İnter"indən keçmişdi.
Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm ümumilikdə 26 oyun keçirib və 1 qol vurub.

Oxşar xəbərlər

"İnter"də iranlı futbolçu
Alimi Azərbaycanı tərk etdi
"Zirə"dən ayrıldı, Macarıstan klubuna keçdi
Muarem "Qarabağ"ı autsayderə dəyişdi
“Qəbələ”nin futbolçusu Avstriya ilə oyuna çağırıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər