reklam
“Qarabağ”ın sabiq futbolçusu Braziliya klubunda
Sportfm.az xəbər saytı

“Qarabağ”ın sabiq futbolçusu Braziliya klubunda


Azərbaycanda “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş Aylton Silva karyerasını ölkəsi Braziliyada davam etdirəcək.
Sportfm.az xəbər verir ki, 28 yaşlı müdafiəçi bu ildən C Seriyasında çıxış edəcək.

Sol cinah oyunçusu “Amazonas” klubu ilə anlaşıb. Rusiyanın “Rodina” klubundan ayrıldıqdan sonra bir ilə yaxındır futbolsuz qalan Aylton “Amazonas”la bir mövsümlük müqavilə bağlayıb. Hazırda çempionatda üçüncü pillədə qərarlaşan komandanın hədəfi B Seriyasına yüksəlməkdir.

Silva 2015/2016 mövsümündə “Neftçi”nin, 2019/2020 mövsümündə isə “Qarabağ”ın formasını geyinib.

Oxşar xəbərlər

Sabiq “Qarabağ”lı Braziliya klubunda
"Qarabağ"ın sabiq futbolçusu Rusiya klubna keçdi
Azərbaycan Premyer Liqasında oynayan futbolçu Bundesliqada!
"Qarabağ" və "Neftçi"nin sabiq futbolçuları "A" Seriyada
"Qəbələ"nin sabiq futbolçusu Serbiya klubunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər