Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Mançester stadionunda qanlı olay - 22 nəfər ölüb
İngiltərənin Mançester şəhərində məşhur müğənni Arina Qrandenin konserti zamanı "Mançester Arena" stadionunda güclü partlayış olub.
Sportfm.az xarici mətbuata istinadən xəbər verir ki, parlayış zamanı azı 22 nəfər ölüb, 50 nəfər yaralanıb. Xəsarət alanların əksəriyyəti yeniyetmə qızlardır. Hətta onların çoxunun əynində üzərində Ariana Qrandenin şəkilləri olan paltarlar da olub.
Hadisə şahidlərinin dediyinə görə, axşam saat 22-20-də hər tərəf anidən işıqlanıb və tüstü bürüyüb. Tüstü çəkiləndə isə hər tərəfdə qan görənlər dəhşətə gəliblər.
Polislər hadisənin terakt olduğunu düşünürlər. Onlar məsələ ilə bağlı ciddi araşdırmalar aparırlar.
"Mançester Arena" stadionu 21 min nəfər üçün nəzərdə tutulub.
"Mançester Arena"dakı bu partlayış 2005-ci ildə 56 nəfərin öldüyü London hücumundan sonra dəhşətli hadisə kimi tarixə düşüb.
Oxşar xəbərlər
Stadionda qanlı olay - 4 nəfər öldü, 10 nəfər yaralandı
Stadionda oyun zamanı partlayış: 8 nəfər öldü, 45 yaralı var - FOTO
Qvardiola partlama zamanı stadionda olub!
"Beşiktaş"ın matçından sonra güclü partlayış - FOTO, VİDEO
Mançester derbisi təxirə salındı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası