reklam
Türklər və fransızlar
Sportfm.az xəbər saytı

Türklər və fransızlar "Qarabağ"ı arzulayır -PÜŞK


Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılacaq. “Qarabağ”ın potensial rəqiblərindən biri də Fransa klubu “Lans”dır.

Sportfm.az xəbər verir ki, fransızlar məhz Azərbaycan çempionuna rəqib olmağı arzulayırlar. Avrokuboklarda yoluna davam edən təmsilçilərinin ən münasib və arzuolunmaz rəqibləri ilə bağlı araşdırma aparan Fransa mətbuatı “Qarabağ”ın “Lans” rəhbərliyinin ürəyincə olduğunu qeyd edib: “Klub daxilində püşkatma həyəcanı yaşanır. “Lans” tərəfi pley-offda “Qarabağ”la qarşılaşacağına ümid edir. Onlar bu halda 1/8 finala adlamağın nisbətən asan olacağını düşünürlər”.
Eynən türk mediası da "Qalatasaray"ın "Qarabağ"la düşəcəyi təqdirdə işinin asan olacağını düşünür.

Qeyd edək ki, “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Lans”la yanaşı, “Qalatasaray” (Türkiyə), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna).

Oxşar xəbərlər

İstanbul klubu üçün ağır Praqa səfəri
Pley-off mərhələsinin cütləri bəlli oldu - “Qarabağ“ Portuqaliya klubu ilə qarşılaşacaq
Püşkatmaya necə baxaq? - Sualın cavabı
“Qarabağ”ın prezidenti püşkatmda iştirak edəcək
“Qarabağ”ın mümkün rəqibləri - Püşkatmanın vaxtı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər