reklam
“Qarabağ”ın prezidenti püşkatmda iştirak edəcək
Sportfm.az xəbər saytı

“Qarabağ”ın prezidenti püşkatmda iştirak edəcək


“Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimində iştirak edəcək.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, klub rəhbəri dekabrın 18-də İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə komandanın rəqibinin müəyyənləşməsini canlı izləyəcək.

Qeyd edək ki, H qrupunda 10 xalla ikinci yeri tutan “Qarabağ”ın pley-off mərhələsindəki potensial rəqibləri “Qalatasaray” (Türkiyə), “Lans” (Fransa), “Braqa”, “Benfika” (hər ikisi Portuqaliya), “Feyenoord” (Niderland), “Milan” (İtaliya), “Yanq Boyz” (İsveçrə) və “Şaxtyor”dur (Donetsk, Ukrayna). Bu raundun oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

Oxşar xəbərlər

İstanbul klubu üçün ağır Praqa səfəri
Pley-off mərhələsinin cütləri bəlli oldu - “Qarabağ“ Portuqaliya klubu ilə qarşılaşacaq
Püşkatmaya necə baxaq? - Sualın cavabı
Türklər və fransızlar "Qarabağ"ı arzulayır - PÜŞK
“Qarabağ”ın mümkün rəqibləri - Püşkatmanın vaxtı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər