reklam
Bundesliqa klubuna rekord cərimə -
Sportfm.az xəbər saytı

Bundesliqa klubuna rekord cərimə -595 min avro


“Köln” klubu Almaniya Bundesliqasının 8-ci turunun Münhenqladbax “Borussiya”sı ilə matç (3:1) başlamazdan əvvəl azarkeşlərinin həddindən artıq pirotexniki vasitələrdən istifadə etməsinə görə cərimələnib.
Sportfm.az xəbər verir ki, cərimənin məbləği 595 min avro təşkil edir. Almaniya klubundan bu məbləğin 198 min avrosunu öz stadionunda təhlükəsizlik sisteminin yaxşılaşdırılmasına yatırması tələb olunur.

“Köln”ün icraçı direktoru Kristian Keller bildirib ki, o, pirotexniki vasitələrdən istifadə edilməsində heç bir qəbahət görmür. Lakin hesab edir ki, icazə verilən sərhədləri keçmək yolverilməzdir.

Oxşar xəbərlər

UEFA-dan Gürcüstana ağır cəza
"Bavariya" uduzdu, "Borussiya"dan böyükhesablı qələbə - Bundesliqa
UEFA "Qalatasaray"ı cəzalandırdı - Avrokuboklarda azarkeşsiz oynayacaq
Baş məşqçi komandasını ziyana saldı - Azərbaycanda
UEFA "Liverpul" və "Sevilya"nı cərimələdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər