reklam
Hərbçilər arasında dünya çempionatında 26 güləşçimiz yarışacaq -
Sportfm.az xəbər saytı

Hərbçilər arasında dünya çempionatında 26 güləşçimiz yarışacaq -SİYAHI


Hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının təşkilat komitəsinin rəhbərliyi yarışda iştirak edəcək idmançıların hazırlıq səviyyəsinin yoxlanılması məqsədilə Azərbaycan nümayəndə heyəti ilə görüşüb.
Sportfm.az xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin Silahlı Qüvvələrdə hərbçilərin fiziki hazırlıq və idman sahəsinə göstərdiyi yüksək diqqət və qayğı nəticəsində hərbi qulluqçuların beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməsi və yeni-yeni uğurlara nail olması xüsusi vurğulanıb. Dünya çempionatının Azərbaycanda keçirilməsinin məsuliyyəti və əhəmiyyəti xatırladılıb.

Tədbirdə həmçinin yarışda iştirak edəcək Azərbaycan güləşçilərinin adları açıqlanıb.

Ölkəni sərbəst güləşdə Əliabbas Rzazadə (57 kiloqram), Ceyhun Allahverdiyev (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abbasov (79 kiloqram), Fərid Cabbarov (86 kiloqram), İbrahim Yusubov (92 kiloqram), Zəfər Əliyev (97 kiloqram), Rahid Həmidli (125 kiloqram), yunan-Roma güləşində Fərid Sadıxlı (55 kiloqram), Nihad Quluzadə (60 kiloqram), Ziya Babaşov (63 kiloqram), Həsən Məmmədli (67 kiloqram), Ülvi Qənizadə (72 kiloqram), Qurban Qurbanov (77 kiloqram), Azad Əliyev (82 kiloqram), Laçın Vəliyev (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram), Sərxan Məmmədov (130 kiloqram), qadın güləşində isə Elnurə Məmmədova (50 kiloqram), Gültəkin Şirinova (53 kiloqram), Nərgiz Səmədova (55 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (59 kiloqram) və Birgül Soltanova (62 kiloqram) təmsil edəcək.

Oxşar xəbərlər

İlk gündə 16 cüdoçumuz mübarizə edəcək - Böyük Dəbilqə
2024-ün ilk beynəlxalq yarışında hansı idmançılarımız olacaq?
İki güləşçimiz dünya çempionu oldu
Bu gün 7 cüdoçumuz mübarizəyə qoşulur - Avropa çempionatı
Azərbaycan çempionatında finalçılar müəyyənləşdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər