Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Yığmamız bu gün Latviya ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.
Sportfm.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan U-21 Latviya ilə qarşılaşacaq.
“Dalğa Arena”da baş tutacaq matça saat 18:00-da start veriləcək. Görüşü yerli hakimlər briqadası idarə edəcək. Əkbər Əhmədov ədalət təmsilçisi olacaq. Ona Orxan İbişov və Rasim Axundov kömək edəcəklər. Şamil İmanzadə isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv noyabrın 21-də Avropa çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşacaq. İspaniyanın Mursiya şəhərindəki “Nueva Kondomina” stadionunda baş tutacaq oyunun start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.

Oxşar xəbərlər
Azərbaycan millisi Ukraynanı qəbul edəcək - Avropa çempionatı
Millimizin oyunu gürcüstanlı hakimlərə tapşırıldı
Azərbaycan millisi qələbə qazandı - Yoxlama matçı
Azərbaycan – Şimali Makedoniya matçının hakimləri - Yoldaşlıq oyunu
U-21-in iki oyununun vaxtı müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası