reklam
Sportfm.az xəbər saytı

"Azərbaycanda olanda sanki işdə idim" - Yığmamızın üzvündən açıqlama


Avarçəkmə üzrə olimpiya çempionu İnna Osipenko-Radomsaya iki il Azərbaycan yığmasında çıxış etdikdən sonra evə qayıtmağı və Tokio-2020-də Ukrayna yığması üçün çıxış etməyi planlayır.

Sportfm.az xəbər verir ki, bu barədə "Korrespondent" nəşri yazır.

"Rioda Olimpiya oyunları mənim üçün təcrübə oldu, Azərbaycan da yaxşı təcrübə idi, amma o artıq tarixdə qaldı. Alınarsa evə qayıtmağı və Ukrayna yığması üçün çıxış etməyi düşünürəm.

Tokioda öz ölkəm üçün mübarizə aparmaq istəyirəm, çünki qəlbimdə, anımda özünün olan qalır. Orda olanda sanki işdə idim. Nəticə əldə edən də həm mənəvi həzzi almırsan. Çünki öz rəngində deyilsən. ona görə də düşünürəm ki, gələcəkdə hər şey alınacaq", - İnna etiraf edib.

İnna Osipenko-Radomskaya Pekində Olimpiya Oyunları - 2008-də qızıl medal, eləcə də London-2012-də iki gümüş, Afina-2004-də bürünc qazanıb. Azərbaycan yığmasının tərkibində Osipenko-Radomskaya 2016-cı ildə Rio-de-Janeyroda bürünc mükafat qazanıb.

Oxşar xəbərlər

Azərbaycanın olimpiya mükafatçısı cəzalandırıldı
Yığmamızdan imtina etdi, Ukrayna millisində iştirakına icazə verildi
Olimpiya mükafatçılarımız karyerasını bitirdi
Rio-2016: Demyanenko ikinci, Osipenko-Radomskaya sonuncu oldu
Rio-2016: Azərbaycan növbəti medalını qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər