reklam
Ramin oynadı, komandası uduzdu
Sportfm.az xəbər saytı

Ramin oynadı, komandası uduzdu


Latviya çempionatında 34-cü turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramin Nəsirlinin komandası “Dauqavpils” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə RFS-lə qarşılaşıb və 1:3 hesablı məğlubiyyətə üzülüb.
Ramin də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan futbolçumuz 82-ci dəqiqədə əvəzlənib.
“Dauqavpils” hazırda 33 xalla 10 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.
Müqavilə ilə “Neftçi”yə məxsus olan Ramin “Dauqavpils”də icarə əsasında forma geyinir.

Oxşar xəbərlər

Ramin Latviyada qol vurdu, komandası qalib gəldi
Azərbaycanlı futbolçu xaricdə yenə adından söz etdirdi
Azərbaycanlı futbolçuların komandası qələbəyə sevindi - Latviya çempionatı
Biri oynadı, biri yox...
Futbolçularımızın komandası evdə xal itirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər