Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ruslan Abışov karyerasını başa vurdu -36 yaşında
Azərbaycan millisinin sabiq üzvü Ruslan Abışov peşəkar karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, 36 yaşlı müdafiəçi bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib. O, video paylaşaraq futbolla vidalaşdığını bildirib:
"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm!
Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum “Neftçi” forması ilə futbolla və sadiq azarkeşlərlə vidalaşım. Amma qismət deyilmiş.
Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!"
Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Ruslan Abışov karyerası ərzində "Rubin" (Rusiya), "Xəzər Lənkəran", "Qəbələ", "İnter" (indiki "Şamaxı") və "Sabah"da çıxış edib. Abışov son mövsümü "Zirə"də keçirib. O, 2009-2018-ci illərdə Azərbaycan millisində oynayıb.

Oxşar xəbərlər
Ruslan Abışov futbolla vidalaşacaq - "Neftçi" - "Zenit" matçında
Abışov “Zirə” ilə vidalaşdı
Ruslan Abışov "Zirə"də - Müqavilə
Ruslan Abışov "Neftçi"dən getdi
Ruslan Abışov yenidən doğma klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin