Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şüvəlan qəsəbəsinin azarkeş "kütləsi" və ya AZAL-ın "siçan-pişik" oyunu!
AZAL Peşəkar Futbol klubu fəaliyyətini bərpa edib.
Sportfm.az xəbər verir ki, bununla bağlı klubun saytı bəyanat yayıb. Mayın 3-də fəaliyyətini dayandırması haqda məlumat yayan klubun bəyanatında bildirilir ki, bu qərar fanatlar, xüsusilə, Şüvəlan və Binə qəsəbələrində yaşayan azarkeşlərin narahatçılığına səbəb olmuş və bununla bağlı çoxsaylı müraciətlər edilmişdi.
"Bu müraciətlərə baxıldıqdan sonra, sponsor və tərəfdaşlarla təkrar məsləhətləşmələr aparılmış, keçmiş klubun daha çox Şüvəlan qəsəbəsində azarkeş kütləsinə malik olması və həmin qəsəbədə müasir təlim-məşq bazası və stadionun mövcudluğu nəzərə alınaraq, yeni mövsümdən AZAL klubunun məhz qəsəbənin adını daşıyan "Şüvəlan Futbol Klubu” adı ilə fəaliyyətinə davam etməsi qərara alınıb”.
"Şüvəlan” yeni mövsümdə I divizionda təmsil olunacaq. Bildirilir ki, klub yaxın dövr ərzində yüksək nailiyyətlər əldə edərək, Azərbaycanda futbolun inkişafı naminə və azarkeşlərin etimadını doğrultmaq üçün əlindən gələni əsirgəməyəcək: "Şüvəlan qəsəbəsində inşa edilmiş təlim-məşq bazası müasir infrastruktura və geniş potensiala malikdi. İnanırıq ki, bu qərarın əsasında Azərbaycan futbolunun inkişafı, ölkəmizi beynəlxalq turnirlərdə layiqli təmsil etmək naminə yüksək nailiyyətlər əldə ediləcək”.
Oxşar xəbərlər
"Şüvəlan"dan "Zirə"yə texniki dəstək gəldi
"Şüvəlan" sponsor tapdı və məqsəd qoydu
Azərbaycan klubu 9 futbolçunu birdən transfer etdi
Tərlan Əhmədov AZAL-dan getdi
AZAL fəaliyyətini dayandırdı - BƏYANAT
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası