reklam
Azərbaycanlı hücumçu Türkiyə Superliqasının rəmzi komandasında
Sportfm.az xəbər saytı

Azərbaycanlı hücumçu Türkiyə Superliqasının rəmzi komandasında


Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyədə azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, Superliqada VIII turun rəmzi komandasına düşüb.

Sportfm.az xəbər verir ki, turnirin rəsmi yayım hüququna malik “BeINSports”un apardığı sorğuda “Hatayspor”un üzvü ən yaxşı 3 hücumçudan biri olub.

“Konyaspor”la görüşdə "çərçivə"ni dəqiq nişan aldığı iki epizodda da qol sevinci yaşayan Dadaşov iki dəfə də təkbətək mübarizədən qalib ayrılıb. O, 40 faiz səs toplayaraq, rəmzi “11-liy”ə düşüb.

Millimizin üzvü ilə yanaşı, Aleksander Ciku, Rodriqo Bekao, Fərdi Kadıoğlu, İsmail Yüksək, Duşan Tadiç (hamısı “Fənərbağça”), Fernando Muslera, Davinson Sançes, Mauro İkardi (hamısı “Qalatasaray”), Berkay Özcan (“Başakşəhər”) və Vensan Abubakar (“Beşiktaş”) rəmzi komandada yer alıblar.

Qeyd edək ki, “Konyaspor”u 3:1 hesabı ilə məğlub edən “Hatayspor” hazırda 14 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşır.

Oxşar xəbərlər

Renat Dadaşov İkardi və Abubakarla bir sırada
Dadaşov həftənin rəmzi komandasında - Super Liqa
Renat Dadaşov dubl etdi, “Hatayspor” qələbə qazandı - Türkiyə Superliqası
Mahir Emreli rəmzi komandada - FOTO
Dadaşov rəmzi komandada – FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər