reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibində 3 yeni müqavilə


“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən İsveç “Hekken”i üç futbolçusu ilə müqaviləsini uzadıb.
Sportfm.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafson ilə sözləşmə yenilənib. Abrahamsson və Qustafsonla 2, Hammarla isə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Hekken” hazırda ölkə çempionatında 47 xalla 3-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, “Qarabağ” qrupda növbəti oyununu məhz “Hekken”ə qarşı keçirəcək. Azərbaycan təmsilçisi rəqibi ilə oktyabrın 5-də səfərdə üz-üzə gələcək. Tərəflər arasındakı ikinci oyunu isə dekabrın 14-də Bakıda keçiriləcək.

Oxşar xəbərlər

"Qarabağ"ın rəqibi oyunçusu ilə yeni müqavilə imzaladı
“Qarabağ”ın start heyətində sürpriz ad
"Qarabağ"ın rəqibi qalib gəldi
"Hekken" - "Qarabağ" - START HEYƏTLƏR
"Qarabağ" "Hekken"ə qarşı - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər