reklam
Milli üçün italiyalı baş məşqçi
Sportfm.az xəbər saytı

Milli üçün italiyalı baş məşqçi


Türkiyə milli komandasında baş məşqçi dəyişikliyi gerçəkləşəcək.

Sportfm.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası Ştefan Kuntsla yollarını ayıracaq. Bu barədə "Fanatik" nəşri məlumat yayıb. Alman mütəxəssisin müqaviləsinə vaxtından əvvəl xitam veriləcək.

"Ay-ulduzlular"ı kimin çalışdıracağı da məlumdur. Federasiya Vinçenso Montella ilə razılıq əldə edib.

Qeyd edək ki, Ştefan Kunts 2021-ci ilin sentyabr ayından Türkiyə yığmasını çalışdırır. Montella isə son olaraq "Adana Demirspor"un baş məşqçisi olub. İtaliyalı çalışdırıcı 2022/2023 mövsümü bitdikdən sonra Super Liqa təmsilçisindən ayrılıb.

Oxşar xəbərlər

Türkiyə klubunda baş məşqçi istefası - Ayrılıq
Türkiyə klubu azərbaycanlı məşqçi ilə yollarını ayırdı
Kunts Türkiyə millisidən rəsmən göndərildi
Emre Belözoğlu "Başakşehir"dən ayrıldı - İstefa
Türkiyə millisi üçün yeni baş məşqçi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər