reklam
“Neftçi”nin oyunlarının təqvimi bəlli oldu
Sportfm.az xəbər saytı

“Neftçi”nin oyunlarının təqvimi bəlli oldu


Azərbaycan millisinin və “Neftçi” klubunun 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Pon du Qar mərhələsində yer aldıqları qruplar və keçirəcəkləri oyunların təqvimi müəyyənləşib
Sportfm.az xəbər verir ki, yarışın 21-ci mərhələsi 31 avqust-1 sentyabr tarixlərində Fransanın Pon du Qar şəhərində 16 komandanın iştirakı ilə baş tutacaq.

Millimiz əsas qrupa vəsiqə qazanmaq üçün təsnifat qrupunda Monqolustan və Malayziya ilə mübarizə aparacaq. İlk görüş avqustun 31-də, saat 17:00-da Malayziya yığmasına qarşı olacaq.

“Neftçi” isə B qrupunda Niderland və Misir milliləri ilə münasibətləri aydınlaşdıracaq. “Ağ-qaralar” ilk görüşünü avqustun 31-də, saat 19:35-də Misir yığmasına qarşı keçirəcək.

Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

“Neftçi”nin oyunlarının təqvimi bilindi - Dünya Qadın Seriyası
Millimızin dünya çempionatındakı oyunlarının təqvimi
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Yığmamızın oyunlarının təqvimi açıqlandı - Dünya Qadın Seriyası
"Neftçi"nin növbəti mərhələdəki rəqibləri bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər