reklam
Bunlar da
Sportfm.az xəbər saytı

Bunlar da "Neftçi"dir -FOTO


“Neftçi” Macarıstanda təşkil olunan 3×3 basketbolu üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsinin qalibi olub.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün əvvəlcə 1/4 finalda Macarıstanın “Qyor” klubu ilə üz-üzə gəlib.

Bakı klubu əlavə vaxta gedən gərgin oyunun yekununda rəqibini 20:18 hesabı ilə məğlub edib.

“Neftçi”nin yarımfinalda rəqibi Macarıstan millisi olub. Bu görüşdə də üstün oyun sərgiləyən Bakı klubu rəqibini 22:14 hesabı ilə məğlub edib və finala yüksəlib.

Azərbaycan təmsilçisi finalda Almaniyanın “Düsseldorf Zoos” klubu ilə üz-üzə gəlib və həlledici oyundan da 21:10 hesabı ilə qalib ayrılıb.

Nəticədə Azərbaycan komandası 4-cü dəfə mərhələnin qalibi olub. Debretsen mərhələsinin ən dəyərli oyunçusu (MVP) da “Neftçi”nin üzvü Bryana Freyzer seçilib.

Oxşar xəbərlər

“Neftçi” ikinci yeri tutdu - Dünya Qadın Seriyası
“Neftçi” ABŞ millisi ilə qarşılaşacaq - Dünya Qadın Seriyası
“Neftçi”nin oyun təqvimi açıqlandı - Dünya Qadın Seriyası
Ardıcıl 11-ci qələbə
Rio-2016: Daha iki gümüş medal sərbəst güləşçilərimizdən gəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər