reklam
Musa Qurbanlı dubl etdi -
Sportfm.az xəbər saytı

Musa Qurbanlı dubl etdi -İsveç çempionatı


Azərbaycan millisinin üzvü Musa Qurbanlının formasını geyindiyi "Yurqorden" bu gün İsveç çempionatında 21-ci tur oyununa çıxıb.
Sportfm.az xəbər verir ki, komanda "Deqefors"u qəbul edib. Görüş "Yurqorden"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Musa meydana start heyətində daxil olub və 89-cu dəqiqədə Teo Berqvali ilə əvəzlənib. Musa görüşdə dubl edib və 1 qolun ötürməsini verib. Gənc oyunçu 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməyib.

Xatırladaq ki, M. Qurbanlı 4 gün əvvəl İsveç kubokunun seçmə mərhələsində "Sandvikens"lə görüşdə (5:1) 1 qol vurub.

Qeyd edək ki, "Yurqorden" hazırda 37 xalla 4-cü, "Deqefors" 20 xalla 14-cüdür.

27 avqust

19:30. "Yurqorden" - "Deqefors" - 4:1

Qollar: Qustav Medonsa Uikhem, 2 (Qol ötürməsi: Musa Qurbanlı), Yozef-Klaud Qyau, 20 (1:1), Musa Qurbanlı, 23 (2:1), 34 (3:1), Markus Danielson, 64

Qeyri-dəqiq penalti zərbəsi: Musa Qurbanlı, 58 ("Yurqorden")

Oxşar xəbərlər

Musa Qurbanlı yavaş-yavaş Azərbaycana doğru...
İsveç klubunda Musa Qurbanlıya inam itib - Adı iştirak ərizəsinə salınmadı
Musanın komandası derbidə uduzdu
Musa Qurbanlı İsveç çempionatında debüt etdi
Musa Qurbanlı üçün debüt şansı - İsveç çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər