reklam
Qılıncoynadanlarımız dünya çempionatının 1/4 finalında
Sportfm.az xəbər saytı

Qılıncoynadanlarımız dünya çempionatının 1/4 finalında


Bu gün İtaliyanın Milan şəhərində keçirilən qılıncoynatma üzrə dünya çempionatında qadın sablyaçılar arasında komanda yarışına start verilib.
Sportfm.az xəbər verir ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə Argetina millisinə 45:33 hesabı ilə qalib gəlib.
Millimiz növbəti görüşdə Almaniya yığmasını 45:32 hesabı ilə məğlub edərək dünya çempionatında ən güclü 8-liyə yüksəlib.

Komandamız sabah yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Koreya Respublikası seçmə kollektivi ilə qarşılaşacaq.

Oxşar xəbərlər

Yaponlar bizdən güclü oldu - Dünya Kuboku
Qılıncoynadanlarımız Neapolda medalsız qaldı - Avropa birinciliyi
Millimiz Dünya Kubokunda 9-cu oldu
Yığmamız DÇ-də 1/4 finala yüksəldi
İdmançılarımızdan Milanda uğursuz nəticə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər