reklam
Azərbaycanlı hakim Avropa çempionatının finalında
Sportfm.az xəbər saytı

Azərbaycanlı hakim Avropa çempionatının finalında


Azərbaycanın voleybol üzrə beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti dəfə təyinat alıb.
Sportfm.az xəbər verir ki, Hacıyev Serbiya və Macarıstanda 17 yaşadək qızlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək.

11-23 iyul tarixlərində baş tutacaq qitə birinciliyində 16 komanda mübarizə aparacaq. 1-ci qrupun oyunları Serbiyanın Vrnjaçka Banja şəhərində, 2-ci qrupun oyunları isə Macarıstanın Bekescsaba şəhərində olacaq.

CEV-in təyinatına əsasən Zaur Hacıyev 2-ci qrupun oyunlarında ədaləti qoruyacaq. Bu qrupda meydan sahibləri ilə yanaşı, Belçika, Fransa, Almaniya, Yunanıstan, Rumıniya, Sloveniya və Türkiyə yer alıb. 1-ci qrupda isə Bolqarıstan, Xorvatiya, Estoniya, Gürcüstan, İtaliya, Polşa, Serbiya və Niderland mübarizə aparacaq.

Birincilikdə yarımfinallar iyulun 22-də baş tutacaq. Bir gün sonra çempion bəlli olacaq.

Oxşar xəbərlər

Azərbaycanlı hakim Avropa çempionatının oyunların
Azərbaycanlı hakim Avropa Çempionatında
Azərbaycanlı hakim Avropa çempionatında - Təyinat
Azərbaycan millisinin rəqibləri müəyyənləşdi
Avro-2017 Azərbaycanda keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər