reklam
Şahmatçılarımızın reytinq cədvəli açıqlandı -
Sportfm.az xəbər saytı

Şahmatçılarımızın reytinq cədvəli açıqlandı -FİDE reytinqi


Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyun ayı üçün reytinq cədvəli açıqlanıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov (2747 xal) 3 pillə geriləyərək 13-cü yerə düşüb. Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci, Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub. Rauf Məmmədov isə "100-lüy"ü tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2853) liderlik edir. Fransalı Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.

Oxşar xəbərlər

Teymur mövqeyini qorudu - FİDE reytinqi
Dünya çempionumuz elə bir şey etdiki....
Məmmədyarov və Rəcəbov gerilədi - FİDE reytinqi
Məmmədyarov irəlilədi, Rəcəbov gerilədi - FİDE reytinqi
"Şah" yerində durmur - Reytinq cədvəli

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər