Zemfira Meftahətdinova təqaüdə göndərildi -FOTO
Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin rəisi Zemfira Meftahətdinova vəzifəsindən azad edilib.
Sportfm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polis polkovniki Z.Meftahətdinova xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
O, 2015-ci ildən DİN-in İdman Cəmiyyətinin rəisi idi.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü Zemfira Meftahətdinova müstəqil Azərbaycanın bayrağı altında Olimpiya Oyunlarının qalibi olan birinci Azərbaycan idmançısıdır. 1991-2014-cü illərdə stend atıcısı kimi Azərbaycan yığmasının heyətində çıxış edən Zemfira Meftahətdinova 2000-ci ildə Sidneydə keçirilən Olimpiya Oyunlarında qızıl medal qazanıb. 5 qat Avropa, 2 qat dünya çempionudur. Beynəlxalq dərəcəli idman ustası, əməkdar bədən tərbiyəsi və idman xadimi, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. "Tərəqqi", "Vətən uğrunda" medalları, "Şöhrət" ordeni ilə təltif edilib.
Karyerasını başa vurandan sonra daxili işlər orqanlarında vəzifəyə təyin olunmuşdu.


Oxşar xəbərlər
Ppeşəkar kikboksçumuza vəzifə verildi - Təyinat
Yüksək vəzifələrdə çalışan idmançılarımız - Adlar
Azərbaycan Milli Olimpiya Komitəsində yeni baş katib - Təyinat
Polis əməkdşları gücünü tatami üzərində sınadı - Azərbaycanda
Polislər tatami üzərinə çıxdı - Bakıda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkiyə İtaliyaya uduzdu, Fransadan darmadağın - Millətlər Liqası
-
Azərbaycan millisinə məğlub oldu, istefaya göndərildi
-
"Təcrübə hər zaman sözünü deyir” - “Turan”ın baş məşqçisi
-
İlk oyunların hakimləri açıqlandı - Azərbaycan Kuboku
-
Millimiz bu gün Cəbəllütariqlə qarşılaşacaq
-
Günün canlı yayımlayacaq oyunları - TV AFİŞA















Misli Premyer Liqası