reklam
Bundesliqada mövsümün rəmzi komandası açıqlandı
Sportfm.az xəbər saytı

Bundesliqada mövsümün rəmzi komandası açıqlandı


Almaniya Bundesliqasında cari mövsümün rəmzi komandası açıqlanıb.

Sportfm.az xəbər verir ki, səsvermədə azarkeşlər, klub nümayəndələri və futbol mütəxəssisləri iştirak ediblər.

Mövsümün ən yaxşı "11-liy"ində Dortmund "Borussiya"sından 4, "Bavariya"dan isə 3 futbolçu yer alıb.

Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund)
Müdafiəçilər: Jeremi Frimponq ("Bayer"), Matteys de Lixt, Alfonso Deyvis (hər ikisi "Bavariya"), Niko Şlotterbek ("Borussiya" Dortmund)
Yarımmüdafiəçilər: Yulian Brandt, Cud Bellingem (hər ikisi "Borussiya" Dortmund), Camal Musiala ("Bavariya")
Hücumçular: Mussa Diabi ("Bayer"), Randal Kolo Muani ("Ayntraxt").

Qeyd edək ki, Bundesliqada mövsümün başa çatmasına 3 tur qalıb. Turnir cədvəlinə 65 xalla "Bavariya" başçılıq edir. Liderdən 1 xal az toplayan Dortmund "Borussiya"sı isə ikincidir.

Oxşar xəbərlər

"Bayer"in 6 futbolçusu rəmzi komandada
Almaniya millisinin heyəti - DÇ-2022
Almaniya yığmasının heyəti açıqlandı - Millətlər Liqası
"Bavariya" 5 qolla qalib gəldi
"Bavariya" əsas rəqibinə məğlub oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər