Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
İki cüdoçumuz mübarizəyə başlayır -Dünya çempionatı
Bu gün Azərbaycanın daha iki cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev və Murad Fətiyev 1/32 final mərhələsində çıxış edəcəklər.
Mehdiyev kamerunlu Kevin Budayinlə, Fətiyev isə rumıniyalı Aleks Kretlə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.
Oxşar xəbərlər
Sonuncu cüdoçumuz da mübarizəyə başlayır - Dünya çempionatı
Cüdoçumuz bürünc medal görüşünə çıxacaq
Cüdoçularımızdan uğursuz çıxış
Daha 2 cüdoçumuz medalsız qaldı - Dünya çempionatı
Hidayət Heydərov mübarizəyə qoşulacaq - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası