reklam
“Maradona və Messidən güclü olmuşam” - Romario
Sportfm.az xəbər saytı

“Maradona və Messidən güclü olmuşam” - Romario


Braziliya yığmasının və "Barselona"nın keçmiş hücumçusu Romario maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki,sabiq futbolçu özü ilə argentinalılar - Dieqo Maradona və Lionel Messi arasında müqayisə aparıb.
 
Maradonanı Messidən üstün sayan Romario özünün daha güclü futbolçu olduğunu vurğulayıb: "Maradona Messidən üstündü. Bunu Dieqonun milli komandada etdiklərini nəzərə alaraq, deyirəm. Amma hər ikisinə hörmətimi bildirməklə yanaşı, onlardan daha güclü futbolçu olduğumu deməliyəm".
 
Qeyd edək ki, Romario Braziliya yığmasında keçirdiyi 70 oyunda 55 qola imza atıb.

Oxşar xəbərlər

Messidən rekord
Romario karyerasını bərpa etdi - 58 yaşında
Messi, Maradona, Ronaldo - 1, 2, 3
Maradona millinin oyunçularını tənqid etdi
Maldini kimi ən güclü hücumçu hesab etdiyini açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər