reklam
Azərbaycan millisi yarımfinalda! -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi yarımfinalda! -“Heydər Əliyev-100”


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsi start götürüb.

Sportfm.az xəbər verir ki, günün ilk oyununda Azərbaycan millisi meydana çıxıb.

Bakı Tennis Akademiyasında baş tutan qarşılaşmada yığma komanda Fransa ilə üz-üzə gəlib. Görüş Elşad Quliyevin yetirmələrinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Fransızlar hesabı açsalar da, ikinci hissədə rəqib qapısından 3 top keçirən Azərbaycan yığması 3:2 hesabı ilə qalib gəlib.

Bununla da, milli turnirin yarımfinalına vəsiqə qazanıb. Komanda bu gün saat 20:00-da Serbiya ilə finala vəsiqə qazanmaq uğrunda qarşılaşacaq.

Oxşar xəbərlər

Çexiya çempion oldu - “Heydər Əliyev-100”
Millimiz üçüncülük matçına çıxır - “Heydər Əliyev-100”
İkinci yarımfinalçı da müəyyənləşdi - “Heydər Əliyev-100”
Azərbaycan millisi qrup üçüncüsü oldu - “Heydər Əliyev-100”
Çexiya millisi ilk qələbəsini qazandı - “Heydər Əliyev-100”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər